Almatı və Aktauda etirazçılar yenidən meydanlara toplaşıblar

Dünya

06.01.2022 - 14:43

Həkimlər Klinikalar SEO Xidməti

Aksiyaçıların yeni tələblər irəli sürmədikləri bildirilir

Qazaxıstanın Almatı və Aktau şəhərlərində etirazçılar yenidən meydana toplaşıblar. AYNA xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.

Qeyd edilib ki, Almatıdakı meydanda təxminən 200-250 etirazçı toplaşıb. Bir o qədər insan da Aktaunun mərkəzi meydanına yığılıb. 

Məlumata görə, insanlar yeni tələblər irəli sürmürlər. Onlar təşkilatlanma məsələlərini, o cümlədən şəhərdən zibillərin yığılması zərurətini müzakirə edirlər.

Qeyd edək ki, bundan əvvəl verilən xəbərə görə, etirazçılar Almatıda bir neçə iri ticarət mərkəzini dağıdıblar. Şəhər komendantlığı radikal iğtişaşların şəhərə külli miqdarda ziyan vurduğunu açıqlayıb.

Xatırladaq ki, Qazaxıstanda iğtişaşlar yanvarın 1-də sıxılmış qazın qiymətinin 50 faiz bahalaşması səbəbindən başlayıb. Hökumət etirazçıların tələblərini yerinə yetirsə də, aksiyalar dayanmadı və daha geniş vüsət almağa başladı. 

Qazaxıstan Prezidenti Qasım-Cömərd Tokayev etirazları yatırmaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi. KTMT hərbçiləri artıq ölkədə sülhməramlı kimi xidmətə başlayıblar. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş