Almaniyada inflyasiya rekord həddə çatıb

İqtisadiyyat

31.05.2022 - 09:50

Həkimlər Klinikalar SEO Xidməti

Bu da ərzaq və enerji qiymətlərinin kəskin bahalaşması ilə nəticələnir

Mayda Almaniyada inflyasiya 7,9% təşkil edib. AYNA-nın xəbərinə görə, bu, 1990-cı ildə ölkənin birləşməsindən sonra qeydə alınmış ən yüksək göstəricidir. Bundan daha yüksək göstərici 1952-ci ildə Qərbi Almaniyada (AFR) qeydə alınmışdı. İnflyasiyanın səbəbi Ukrayna böhranı nəticəsində təchizat zəncirinin pozulmasıdır. Bu da ərzaq və enerji qiymətlərinin kəskin bahalaşması ilə nəticələnir.

Bahalaşma enerji və ərzaq qiymətlərində daha ciddi görünür. Enerji daşıyıcıları martda 39,5%, apreldə 35%, mayda isə 35,3% bahalaşıb. Ərzaq qiymətlərində isə artım apreldə 8,6%, mayda isə 11,1% olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş