Almaniya Ukraynanın silahlanmasına 500 milyon dollar ayıracaq

Xəbərlər

14.08.2025 - 14:20

Dəstək Avropa ölkələri, Kanada və ABŞ tərəfindən veriləcək

Almaniya Prioritet Ukrayna Tələbləri Siyahısı (PURL) adlı yeni mexanizm çərçivəsində Kiyevə silah tədarükü üçün 500 milyon dollar ayırmaq niyyətindədir. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə avqustun 13-də ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Ukraynanın hərbi texnikaya ən təcili ehtiyaclarını qarşılamağa davam etmək üçün Almaniya digər müttəfiqləri ilə birlikdə PURL mexanizmi çərçivəsində 500 milyon dollara qədər ilk hərtərəfli dəstək paketlərindən birini maliyyələşdirməyə hazırdır", - deyə nazirliyin saytında dərc edilmiş məlumatda qeyd olunub.

Dərc olunan mətnə görə, dəstək Avropa ölkələri, Kanada və ABŞ tərəfindən veriləcək. Eyni zamanda, bu yardımın verilməsinə NATO tərəfindən nəzarət və koordinasiya aparılacaq.

İxrac edilən hərbi texnika, mühüm hava hücumundan müdafiə sistemlərini əhatə edəcək.

Ümumilikdə, vurğulanıb ki, Ukraynaya yardım göstərdiyi bütün dövr ərzində Almaniya Kiyevlə “müttəfiq həmrəyliyini” bir daha sübut edərək, təxminən 40 milyard avro xərcləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş