Almaniya tariflərə cavab kimi ABŞ hərbi bazalarının icarə haqqını artıra bilər

Dünya

19.01.2026 - 11:22

"Mənbə Almaniyanın bu bazalardan istifadə üçün aldığı icarə haqqını əhəmiyyətli dərəcədə artıra biləcəyini söylədi"

Almaniya hakimiyyəti ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi tariflərə cavab olaraq ABŞ üçün Almaniyadakı hərbi bazaların icarə haqqını kəskin şəkildə artıra bilər. AYNA.AZ xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti məlumat yayıb.

"Mənbə Almaniyanın bu bazalardan istifadə üçün aldığı icarə haqqını əhəmiyyətli dərəcədə artıra biləcəyini söylədi", - deyə nəşr yazıb.

Qeyd olunub ki, bu, Ştutqart və Ramşteyndəki Amerika hərbi bazalarına aiddir. Lakin Berlin hazırda bu bazaları bağlamağı düşünmür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş