Almaniya Kiyevə daha 20 “Marder” piyada döyüş maşını verib

Dünya

25.10.2024 - 17:25

Çatdırılma 2024-cü ilin üçüncü rübünün sonunda tamamlanıb

Almaniyanın “Rheinmetall” müdafiə konserni Ukraynaya daha 20 “Marder” piyada döyüş maşını verib. Bu barədə AYNA xarici mediaya istinadən bildiri.

““Rheinmetall” Ukrayna Silahlı Qüvvələrinə daha 20 “Marder” piyada döyüş maşını təhvil verib”, - deyə konserndən bildirilib.

Qeyd olunub ki, çatdırılma 2024-cü ilin üçüncü rübünün sonunda tamamlanıb: "Beləliklə, Ukraynaya birbaşa və ya dolayı yolla - dairəvi mübadilə çərçivəsində göndərilən döyüş maşınlarının ümumi sayı 200-ə yaxındır".

Bundan əlavə, Kiyevi “Rheinmetall” iki rəqəmli miqdarda “Marder” piyada döyüş maşınları və “Leopard” əsas döyüş tanklarını dairəvi sistem mübadiləsi ilə təmin edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş