Almaniya İsrailə silah ixracını dayandırıb

Dünya

08.08.2025 - 15:14

Merz HAMAS-ın Qəzzanın gələcəyində hər hansı bir rola malik olmamasının vacibliyini vurğulayıb

Almaniya hökuməti növbəti xəbərdarlığa qədər İsrailə hərbi təchizatların ixracına icazə verməyəcək.

AYNA.AZ xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merz İsrailin Qəzzanı ələ keçirmək planına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Almaniya üçün əsas prioritetlər israilli girovların geri qaytarılması və atəşkəs danışıqlarının başlamasıdır.

Merz HAMAS-ın Qəzzanın gələcəyində hər hansı bir rola malik olmamasının vacibliyini vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş