Roderiç Kizevetter: "Biz bütün qalan agentləri və diplomatları qovmalıyıq”
Almaniyanın hakim Xristian Demokrat İttifaqından (CDU) Bundestaqın deputatı olan Roderiç Kizevetter bütün rus diplomatlarının Almaniyadan çıxarılmasını istəyib. AYNA.AZ xəbər verir ki, bu barədə deputat “Handelsblatt”a müsahibəsində bildirib.
"Biz bütün qalan agentləri və diplomatları qovmalıyıq. Aşağı səviyyəli agentlərin işə götürülməsi ilə mübarizə aparmaq üçün tədbirlər görülməlidir", deyə qeyd edib.
Deputat əlavə edib ki, Berlindəki “Rus Evi”nin və Rusiya ilə bağlı digər qurumların bağlanmasını məqsədəuyğun hesab edir.