Fevralın 15-dən dərslər mərhələli şəkildə bərpa olunur
Təhsil Nazirliyi ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində təhsilin hansı formada bərpa olunması ilə bağlı qərarını açıqlayıb.
Nazirlikdən AYNA-ya verilən məlumata görə, ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi mərhələli olaraq əyani formada sanitar-gigiyenik tələblər nəzərə alınaraq, fevralın 15-dən ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunacaq.