Ali Rada Sovet dövründən qalma qanunları ləğv edib

Dünya

21.04.2022 - 23:53

Həkimlər Klinikalar SEO Xidməti

Ümumilikdə 293 deputat qanun layihəsinin qəbul edilməsinə səs verib

Ali Rada qanunvericiliyin desovetləşdirilməsi haqqında qanun layihəsini qəbul edib. AYNA Ukrayna mediasına istinadən xəbər verir ki, Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) və Ukrayna Sovet Sosialist Respublikası (Ukrayna SSR) tərəfindən qəbul edilmiş 1200 akt ləğv edilib.

Qanun layihəsinin qəbul edilməsinə ümumilikdə 293 deputat səs verib.

Ukrayna İnformasiya Agentliyinin xəbərinə görə, Rada prezident Vladimir Zelenskinin aprelin 25-dən hərbi vəziyyətin daha 30 gün, yəni mayın 25-dək uzadılması haqqında fərmanını təsdiqləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş