Ali Rada Avropa Şurası ilə birgə xüsusi tribunalın yaradılmasını təsdiqləyib

Dünya

15.07.2025 - 19:57

Nazir: “Bu sənəd beynəlxalq cinayət hüququnu Ukraynaya qaytarır”

Ukrayna Ali Radası Rusiyanın hərbi təcavüzünə qarşı Avropa Şurası ilə birgə xüsusi tribunalın yaradılması haqqında sənədi təsdiqləyib. AYNA.AZ Ukrayna mediasına istinadən bildirir ki, sənədi parlamentin bugünkü iclasında Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa təqdim edib.

Nazir bu sənədin “beynəlxalq cinayət hüququnu Ukraynaya qaytardığını” vurğulayıb.

"Bu, tarixi hadisədir. Tribunal formalaşdırılarkən Nürnberq və Tokio tribunallarının, həmçinin keçmiş Yuqoslaviya tribunalının və Beynəlxalq Cinayət Məhkəməsinin təcrübəsi nəzərə alınıb. Rusiya ordusunun Ukraynadakı cinayətlərinə görə məsuliyyət qaçılmaz olmalıdır - Ukrayna ərazisinə silahla daxil olan hərbi-siyasi rəhbərlikdən tutmuş hər bir əsgərə qədər. Təcavüz cinayətindən tutmuş bütün törəmə vəhşiliklərə, hərbi cinayətlərə, insanlıq əleyhinə cinayətlərə və soyqırıma qədər - bütün bunlar bu tribunalda nəzərdən keçiriləcək", - deyə nazir qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş