Ali Məhkəmədə tələbələr üçün “Açıq qapı” günü keçirilib - FOTOLAR

Xəbərlər

04.12.2023 - 20:14

Tələbələrə məhkəmə-hüquq islahatları barədə məlumat verilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri növbəti “Açıq qapı” günü münasibətilə Ali Məhkəmədə olublar.

AYNA xəbər verir ki, tələbələr Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət ediblər.

Tanışlıq çərçivəsində Ali Məhkəmənin Kommersiya kollegiyasının hakimi Bəhman Qəribov tələbələrə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, məhkəmələrin dövlət quruluşunda yeri və rolu, qanunvericilik və təcrübə barədə fikirlərini çatdırıb.

Tələbələri maraqlandıran suallar cavablandırılıb.

Ali Məhkəmədə tələbələr üçün “Açıq qapı” günü keçirilib - Ali Məhkəmədə tələbələr üçün “Açıq qapı” günü keçirilib -
Müəllif: Ayna.az