Ali Baş Komandan: “Düşmən bu cinayətlərə görə cavab verəcək”

Siyasət

23.12.2020 - 23:49

Həkimlər Klinikalar SEO Xidməti

Prezident İlham Əliyev və Mehriban Əliyeva Zəngilan və Qubadlıya səfər ediblər

 

“Cəbrayıl rayonunun ərazisindəyik. Azad edilmiş torpaqlardayıq. Sağ tərəfdə ermənilər tərəfindən dağıdılmış kəndlərimizdir. Gedirik Qubadlı rayonuna.

 

Dağıdılmış üzüm bağları. Bütün kəndlər dağıdılıb. Yolun sol və sağ tərəfində olan dirəklər torpaqlar işğaldan azad olunandan sonra qısa müddət ərzində qoyulub”.

 

AYNA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl rayonuna səfəri zamanı deyib.

 

“Bütün kəndlər dağıdılılb. Düşmən bu cinayətlərə görə cavab verəcək. Bütün kəndlərimiz, tarixi abidələrimiz, dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Bütün dünya bunu görməlidir.

 

Sovet vaxtından qalan abidə, İkinci Dünya müharibəsinə həsr edilmiş abidədir, onu da dağıdıblar”, - deyə Ali Baş Komandan əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş