Alen Simonyan Rusiyaya səfər edib

Dünya

04.02.2026 - 22:16

Ermənistan Parlamentinin sədri Sergey Lavrovla görüşəcək

Ermənistan Parlamentinin sədri Alen Simonyan Moskvaya rəsmi səfəri çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

Bildirilib ki, danışıqlar ikitərəfli əməkdaşlıq və mövcud regional gündəliyə yönələcək.

Tərəflər Moskva və İrəvanın ortaq Avrasiya inteqrasiya strukturları çərçivəsində qarşılıqlı əlaqəsinə və bu sahədə dialoqun inkişafına diqqət yetirmək niyyətindədirlər.

Rusiyaya fevralın 4-də gedən Simonyanın səfəri ayın 7-də başa çatacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş