“Ukrayna Rusiyadan təhdidlərin qarşısını almaq üçün güclü olmalıdır”
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Rusiyanın “bütün Avropa üçün təhlükə” yaratdığını təkrarlayıb və Avropa İttifaqı (Aİ) ölkələrini Ukraynanın “hərbi səylərini dəstəkləmək” üçün müdafiə sifarişləri verməyə çağırıb.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, AK rəhbərinin sözlərinə görə, Rusiya bütün Avropa üçün daimi təhdiddir: “Ona görə də Ukrayna gələcək hər hansı hücumun qarşısını almaq üçün kifayət qədər güclü olmalıdır".
Leyen xatırladıb ki, Avropa artıq Kiyevə 50 milyard avroluq hərbi yardım göndərməklə dəstək verib. İndi AK rəhbərinin sözlərinə görə, Aİ birbaşa Ukraynanın müdafiə sənayesinin inkişafı üçün sifarişlər verməlidir.