Aİ-nin Rusiyaya qarşı sanksiyalar paketinin detalları açıqlanıb

Dünya

15.03.2022 - 14:31

Həkimlər Klinikalar SEO Xidməti

Aİ Şurası Ukraynadakı vəziyyətlə bağlı Kremlin "narrativi"ni dəstəkləyənlərə sanksiya tətbiq edəcək

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalar paketinin detalları açıqlanıb. AYNA xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının mətbuat xidməti məlumat yayıb: 

“Müəyyən dövlət müəssisələri ilə bütün maliyyə əməliyyatlarını qadağan etmək;

Rusiyanın hər hansı şəxs və ya qurumuna kredit reytinqi xidmətlərinin göstərilməsini, habelə onların kredit reytinqi fəaliyyəti ilə bağlı hansısa abunə xidmətlərinə çıxışını qadağan etmək;

Rusiyanın müdafiə və sənaye bazası ilə əlaqəli şəxslərin siyahısını genişləndirmək;

Rusiyanın enerji sektoruna yeni investisiyaların qoyulmasını qadağan etmək, o cümlədən enerji sənayesi üçün avadanlıq, texnologiya və xidmətlərə geniş ixrac məhdudiyyəti tətbiq etmək;

dəmir və polad, eləcə də dəbdəbəli mallarla bağlı əlavə ticarət məhdudiyyətləri tətbiq etmək”. 

Məlumatda həmçinin qeyd olunub ki, Aİ Şurası Ukraynadakı vəziyyətlə bağlı Kremlin "narrativi"ni dəstəkləyən əsas oliqarxlara, lobbiçilərə və təbliğatçılara, həmçinin aviasiya, hərbi və ikili istifadə, gəmiqayırma və maşınqayırma sektorlarında əsas şirkətlərə sanksiya tətbiq edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş