"Bu, Aİ maliyyələşdirməsinin tamamilə dayandırılması demək deyil”
Avropa İttifaqı (Aİ) Gürcüstanı maliyyə yardımından 2026-cı ildə də məhrum qoya bilər. AYNA.AZ "İzvestiya"ya istinadən bildirir ki, Avropa Komissiyasından verilən məlumata görə, 2025-ci ilə qədər heç bir maliyyə yardımı göstərilməyib.
"Bu, Aİ maliyyələşdirməsinin tamamilə dayandırılması demək deyil, lakin aydın siyasi dəyişiklik olmadığı təqdirdə gələn il dövlət səviyyəsində əhəmiyyətli maliyyələşdirmənin edilməsi ehtimalı azdır", - deyə Avropa Parlamentinin Avropa Xalq Partiyasından olan üzvü Tomaş Zdexovski qəzetə bildirib.
Avropa Parlamentinin üzvü deyib ki, Aİ-nin Gürcüstana maliyyələşdirilməsinin dayandırılması "demokratik prinsiplərin geriləməsi və qanunun aliliyinin pozulması" ilə bağlı "ciddi narahatlıqlar"la bağlıdır. O hesab edir ki, Gürcüstan dərin siyasi böhran içindədir və 2024-cü il parlament seçkilərindən bəri insan haqları ilə bağlı vəziyyət xeyli pisləşib.