Ağstafada qəza baş verib

Xəbərlər

18.12.2023 - 06:17

Xəsarət alanlar var

Ağstafa rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. AYNA “Report”a istinadən bildirir ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Xəyal Vəliyev, 1976-cı il təvəllüdlü Firuz Abbasov və 1977-ci il təvəllüdlü Şərafət Allahverdiyeva xəsarət alıblar. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş