Ağstafada polisə qarşı zor tətbiq edilib

Hadisə

02.01.2021 - 18:24

Hadisəni törədən şəxs tutularaq istintaqa cəlb olunub

 

2020-ci il dekabrın 31-də Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

 

Ağstafa Rayon Prokurorluğundan AYNA-ya daxil olan məlumatda bildirilir ki, araşdırmalarla Daxili İşlər Nazirliyinin 102 xidmətinə edilən müraciət əsasında Ağstafa Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Əlövsət Allahverdiyev hadisə yerinə çıxıb xidməti vəzifələrini icra edərkən rayon sakini Sübhan Piriyevin ona qarşı zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

 

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb, hadisə yerinə baxış̧ keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Sübhan Piriyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az