Ağstafada avtomobil motosikletlə toqquşub, ölən var

Hadisə

21.12.2024 - 13:45

Həkimlər Klinikalar SEO Xidməti

Sürücü Ruhin Sadıxzadə hadisə yerində ölüb

Ağstafada avtomobil motosikletlə toqquşub. AYNA-nın "Report"a istinadən xəbərinə görə, 1963-cu il təvəllüdlü Hacıməmmədov Elşad Əmirastan oğlu idarə etdiyi “VAZ-21099” markalı avtomobili ilə 2005-ci il təvəllüdlü Sadıxzadə Ruhin Veyis oğlunun idarə etdiyi “İJ Planeta 5” markalı motosikletlə toqquşub.

Nəticədə motosikletin sürücüsü R.Sadıxzadə hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş