Qadının vəziyyətinin kafi olduğu bildirilir
Ağstafada zəhərlənmə faktı qeydə alnıb. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə Ağstafa şəhərinin 33-cü məhəllə adlanan yaşayış massivində qeydə alınıb. 1997-ci il təvəllüdlü Sevinc Şəhriyarova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Qadına tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 27 yaşlı qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.