Ağdərədə yanğınların söndürülməsinə iki helikopter cəlb olunub

Xəbərlər

08.08.2025 - 16:34

Xeyli ərazidə alovun qarşısı alınıb

Ağdərə rayonunun Suqovuşan qəsəbəsi ərazisində başlayan yanğın davam edir.

AYNA.AZ APA-ya istinadən xəbər verir ki, dağ massivindəki yanğınla mübarizəyə FHN aviasiya dəstəsinin iki helikopteri cəlb olunub.

Hazırda helikopterlər yanğının qarşısının alınması istiqamətində əməliyyat tədbirlərini davam etdirir.

Qeyd edək ki, xeyli ərazidə alovun qarşısı alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş