Ağdərədə yanğın olan ərazidə partlayış olub

Xəbərlər

21.08.2025 - 21:48

Nəticədə bir nəfər xəsarət alıb

Ağdərə rayonunda yanğın baş verən ərazidə partlayış qeydə alınıb. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, nəticədə bir nəfər xəsarət alıb.

Xəsarət alan şəxsin yanğınsöndürən nəfəri Babək Zeynalov olduğu bildirilir. Ona ilkin tibbi yardım göstərilib, Bərdə rayon mərkəzi xəstəxanasına köçürülür.

Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam edir.

Əraziyə FHN-nin yanğınsöndürən helikopterləri cəlb olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş