Hadisə Ləki qəsəbəsi ərazisində qeydə alınıb
Ağdaşda faciə ilə nəticələnən ağır yol qəzası baş verib. AYNA xəbər verir ki, hadisə iyunun 29-da səhər saat 5:30 radələrində rayonun Ləki qəsəbəsi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkədə olan “Mercedes” markalı minik avtomobili Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Ramiz İbrahim oğlu Salmanovun idarə etdiyi MAN markalı yük maşınına çırpılıb. Qəza nəticəsində “Mercedes”də olan 2 nəfər həlak olub, 1 nəfər yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım maşını və yol polisi cəlb edilib. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.