Ağdaşda qəza: “Mercedes Atego” "KamAZ"a çırpılıb

Hadisə

05.01.2024 - 22:51

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə nəticəsində sərnişin ölüb

Ağdaş rayonunun Əmirarx kəndi ərazisində Əkbər Süleymanovun idarə etdiyi “Mercedes Atego” markalı yük avtomobili qarşısında hərəkətdə olan “KamAZ”a çırpılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd olunub ki, hadisə nəticəsində “Mercedes”də sərnişin qismində olan Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Elşən Qocayev aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş