Ağdaşda qəza: bir nəfər ölüb

Xəbərlər

11.03.2024 - 09:57

cedabet dərman SEO Xidməti

Avtomobil ağaca və yük maşınına çırpılıb

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, gecə saatlarında Ağdaş şəhəri ərazisində “VAZ 2104” markalı avtomobilin sürücüsü Mürsəl Əliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə ağaca, daha sonra yolun kənarında dayanan yük avtomobilinə çırpılıb.

Müxtəlif xəsarətlər alan avtomobildəki sərnişin, 1981-ci il təvəllüdlü Qəhrəmanov Ceyhun Vəli oğlu hadisə yerində ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş