Ağdamda əkin sahəsində yanğın törədən şəxs saxlanılıb

Xəbərlər

23.08.2025 - 23:03

Hadisə nəticəsində 1 hektar ərazidə quru ot və kol-kos yanıb

Ağdam rayonunun Əfətli kəndinin ərazisində əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a bildirilib ki, araşdırmalar nəticəsində yanğını 64 yaşlı Nuşrəvan Əliyevin törətdiyi məlum olub.

Hadisə nəticəsində 1 hektar ərazidə quru ot və kol-kos yanıb. Həmin şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş