Ağdamda 9 milyon manata yeni məhəllə salınacaq

Xəbərlər

18.07.2025 - 08:38

İşlərin görülməsinə dünəndən başlanılıb: gələn ilin sentyabrına qədər bitməyi planlaşdırılır

“Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-135 üzrə binaların tikintisinə 9 milyon 160 min 52 manat vəsait ayırıb.

AYNA.AZ "Teleqraf"a xəbər verir ki, tikinti işləri “As-Təmir Tikinti” MMC-yə həvalə olunub.

Müvafiq işlərin görülməsinə dünəndən başlanılıb, gələn ilin sentyabrına qədər bitməyi planlaşdırılır.

Qeyd edək ki, 100 manat nizamnamə kapitalı “As-Təmir Tikinti” MMC-nin qanuni təmsilçisi Mustafayev Anar Ağasəf oğludur. Şirkət Gəncə Aliminium zavodunun, Ələt layihəsinin, Göl Park yaşayış layihəsinin, Xanoba Gömrük Keçid məntəqəsi layihələrinin icrasını həyata keçirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş