Ağdam və Xocavənd istiqamətlərindəki mövqelərimiz atəşə tutulub

Xəbərlər

25.11.2022 - 13:17

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb

Noyabrın 25-də saat 09:55-dən 12:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.

AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Müəllif: Ayna.az