Ağcabədidə qumbara partlayıb

Hadisə

31.01.2025 - 13:42

Həkimlər Klinikalar SEO Xidməti

5 nəfər ölüb, 2 nəfər yaralanıb

Yanvarın 31-də saat 11:30 radələrində partlayış səbəbilə xəsarət alan 2 nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. AYNA xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, onlardan 1985-ci il təvəllüdlü (qadın cinsli) şəxsə aşağı ətrafın qapalı travması, 2014-cü il təvəllüdlü (qadın cinsli) azyaşlıya isə aşağı ətrafın sıyrılmış-deşilmiş yarası diaqnozları təyin olunub. Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicələri davam etdirilir.

Hazırda hər ikisinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş