Ağcabədidə minik avtomobili traktorla toqquşub, ölən var

Hadisə

26.06.2024 - 23:12

Həkimlər Klinikalar SEO Xidməti

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Ağcabədidə minik avtomobili traktorla toqquşub, ölən var. AYNA Fövqəladə Hallar Nazirliyinin (FHN) istinadən xəbər verir ki, hadisə Qiyaməddinli kəndində qeydə alınıb.

Belə ki, "VAZ" markalı minik avtomobili ilə "Belarus" markalı traktor toqquşub və 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş


Noldu, Tramp?

Dünən, 15:42 Siyasət