Ağcabədidə evdə yanğın olub

Hadisə

28.08.2025 - 23:17

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub

Ağcabədi rayonunda yaşayış evində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA.AZ-a verilən məlumata görə, rayonun Hacılar kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş