Ağalıda işəgötürənlərlə görüş keçirilib

Xəbərlər

11.12.2023 - 20:12

Həkimlər Klinikalar SEO Xidməti

Görüşdə əmək məsələləri ilə bağlı müzakirələr aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Ağalı kəndində Zəngilanda fəaliyyət göstərən 15 -ə yaxın işəgötürənlə görüş keçirilib.

Nazirlikdən AYNA-ya verilən məlumata görə, görüşdə “Məşğulluq xidmətləri” və “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlər” mövzuları ətrafında müzakirələr aparılıb.

İşəgötürənlərə Əmək Məcəlləsinə edilmiş ən son dəyişiklər, beynəlxalq normalar, qanunvericilikdə qadın əməyi ilə bağlı məhdudiyyətlərlə bağlı məlumat verilib.

Qadınların əmək bazarında iştirakının genişləndirilməsinin vacibliyi vurğulanaraq bununla bağlı müsbət təcrübələr qeyd edilib.

Agentlik tərəfindən həyata keçirilən layihələr, proqramlar barədə, xüsusilə işəgötürənlərə dəstək mexanizmini əhatə edən əməkhaqqının birgə maliyyələşdirilməsi və peşə kursları barədə təqdimatlar edilib.

Sahibkarlara bu sahədə rəqəmsallaşma sahəsində həyata keçirilən layihələr, rəqəmsal mühitdə işəgötürən və işsiz vətəndaşları vahid platformada birləşdirən "Əmək və məşğulluq" altsisteminin işəgötürənlər üçün üstünlükləri barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Müəllif: Ayna.az