Ölən və yaralananlar var
Zəngilanda ölümlə nəticələn ağır yol qəzası baş verib. AYNA-nın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Ağalı kəndində qeydə alınıb.
Hərəkətdə olan "Mitsubishi" markalı minik avtomobili ilə qoşqulu "Kamaz" markalı yük maşını toqquşub.
Qəza zamanı minik avtomobilinin sərnişinlərindən bir nəfəri hadisə yerində ölüb, 4 nəfər isə xəsarət alıb. Xəsarət alanlar minik avtomobilinin sürücüsü Emin İbarahimov və sərnişinlər - Natiq Bayramov, Vüsal İsmayılzadə və Təbriz adlı şəxslərdir.
Qeyd edək ki qəza düşənlər işğaldan azad edilən ərazidə fəaliyyət göstərən şirkətlərin birinin əməkdaşlarıdır.
Faktla bağlı araşdırma aparılır.