Ağ Ev Ukrayna üçün 1 milyard dollarlıq yeni silah paketini elan edəcək

Aktual

15.06.2022 - 19:28

Həkimlər Klinikalar SEO Xidməti

Yeni paketə gəmi əleyhinə raket sistemləri daxil olacaq

Ağ Ev Ukraynaya təxminən 1 milyard dollarlıq yeni silah yardımı elan edəcək. AYNA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Yeni paketə gəmi əleyhinə raket sistemləri, MLRS üçün əlavə raketlər və M777 haubitsaları üçün mərmilər daxil olacaq.

UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi Ukraynanın müdafiə naziri Aleksiy Reznikov bu gün NATO-ya üzv ölkələrin müdafiə nazirləri qarşısında çıxış edəcək və Brüsseldə Reznikov Ukraynanın lazımi silahların alınması ilə bağlı təcili ehtiyaclarını səsləndirəcək.

Nazir, həmçinin Ukrayna üzrə Əlaqələrə Dəstək Qrupunun (“Ramşteyn-3” adlanan) iclasında iştirak edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş