““Sülh şurası”na mən və digər çox vacib və çox hörmətli dövlətlərin liderləri daxil olacaq"
ABŞ Prezidenti Donald Tramp Qəzza zolağını idarə etmək üçün yaradılan "sülh şurası"na özünün və digər əsas dünya güclərinin liderlərinin daxil olacağını açıqlayıb. AYNA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, o bu barədə Ağ Evdə keçirilən görüş zamanı deyib.
Amerika lideri yeni quruma dünyanın ən nüfuzlu və hörmətli dövlətlərinin nümayəndələrinin daxil olacağını vurğulayıb.
““Sülh şurası”na mən və digər çox vacib və çox hörmətli dövlətlərin liderləri daxil olacaq", - Tramp bildirib.