Ağ Ev ABC-dən İranın ABŞ-a dron hücumları ilə bağlı xəbəri silməsini tələb edib

Dünya

13.03.2026 - 13:31

"Bu xəbər və nəşr ABC News tərəfindən dərhal silinməlidir"

Ağ Evin mətbuat katibi Kerolin Levitt ABC-dən Federal Təhqiqat Bürosunun (FTB) Kaliforniya polisini İranın pilotsuz təyyarə hücumları ilə bağlı xəbərdar etdiyini iddia edən xəbəri silməsini tələb edib.

AYNA.AZ xəbər verir ki, o “X” sosial media platformasında yazıb: "Bu xəbər və nəşr ABC News tərəfindən dərhal silinməlidir".

Ağ Ev sözçüsünün sözlərinə görə, hesabatda Amerika vətəndaşlarını qorxutmaq məqsədi daşıyan yalan məlumatlar var. O hesabatın təsdiqlənməmiş məlumatlara əsaslandığını qeyd edib.

Levitt həmçinin vurğulayıb ki, İrandan ABŞ-a qarşı belə bir təhlükə "mövcud deyil və heç vaxt mövcud olmayıb".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş