AFFA-dan baş məşqçiyə etiraz

İdman

06.09.2025 - 10:27

"Bu nəticə Fernandu Santuşun Azərbaycan xalqına qarşı hörmətsizliyidir"

"Azərbaycan millisinin baş məşqçisi istefa verməsə, AFFA tədbir görəcək". AYNA.AZ xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərə açıqlamasında deyib.

O DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən İslandiya - Azərbaycan oyununa münasibət bildirib: "Bu nəticə millinin baş məşqçisi Fernandu Santuşun Azərbaycan xalqına qarşı hörmətsizliyidir. Belə məğlubiyyət yolverilməzdir. Biz bu məğlubiyyətin izahını gözləyirik. Santuş komandanı oyuna hazırlaya bilməyib".

Qeyd edək ki, İslandiya yığması Azərbaycan millisini 5:0 hesabı ilə məğlub edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş