ADY və FHN birgə təlim keçirib

Xəbərlər

12.02.2025 - 00:37

Həkimlər Klinikalar SEO Xidməti

Təlim “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusuna həsr olunub

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) fövqəladə hallar zamanı insanların təxliyəsi və təhlükəsizliyinin təmin olunması məqsədilə aidiyyəti qurumlarla birgə maarifləndirici tədbir və təlimlər keçirir.

ADY-dən AYNA-ya verilən məlumata görə, növbəti təlim Yevlax dəmiryol stansiyasının ərazisində ADY və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin qarşılıqlı fəaliyyət planı çərçivəsində “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusuna həsr olunub.

Təlimə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Yevlax rayon təcili tibbi yardim briqadası və rayonun mülki müdafiə qüvvələri cəlb olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş