ADY gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

Xəbərlər

06.06.2025 - 21:15

Artan sərnişin tələbatı ödənilir

ADY Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. AYNA.AZ xəbər verir ki, bu barədə qurumun “Facebook” hesabında məlumat verilib.

Qeyd edilib ki, 5 iyunda Bakı–Balakən qatarına tələbata uyğun olaraq əlavə 8 vaqon qoşulub.

Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100% doluluqla (530 sərnişin) yola düşüb.

Həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir.

Artan sərnişin tələbatı nəzərə alınaraq 6-9 iyun tarixlərində Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı xətləri üzrə də əlavə reyslər təyin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş