ADY bayram günləri 212 mindən çox sərnişin daşıyıb

Xəbərlər

31.03.2026 - 15:19

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 19-30 mart tarixlərində 212 mindən çox sərnişin daşıyıb. AYNA.AZ xəbər verir ki, bununla bağlı ADY məlumat yayıb.

Bildirilib ki, rayonlararası sərnişindaşımada Bakı-Qazax-Bakı (o cümlədən Bakı-Ağstafa-Bakı əlavə reysləri) marşrutu üzrə 21 963 nəfər daşınıb.

Bakı-Qəbələ-Bakı və Bakı-Balakən-Bakı qatarlarından ümumilikdə 8984 sərnişin istifadə edib.

Bakı-Ağdam-Bakı marşrutunda isə bu göstərici 1561 nəfər olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş