ADY: Bakı–Tbilisi qatarında plaskart vaqon yoxdur

Xəbərlər

20.05.2026 - 19:43

Marşrutda "Stadler Rail Group" şirkətinin istehsalı olan, yataq tipli vaqonlardan ibarət müasir qatarlar fəaliyyət göstərəcək

Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişinlərə Komfort, Komfort+ və Lüks sinifləri üzrə xidmət təqdim olunacaq. AYNA.AZ bildirir ki, bu barədə ADY-dən açıqlama verilib.

Marşrutda İsveçrənin "Stadler Rail Group" şirkətinin istehsalı olan, yataq tipli vaqonlardan ibarət müasir qatarlar fəaliyyət göstərəcək.

Bu qatarlarda plaskart tipli vaqonlar yoxdur.

Bakı – Tbilisi – Bakı marşrutu üzrə gedişhaqqı məsafədən asılı olaraq komfort sinfi üzrə 51 AZN-dən başlayır. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gedişhaqqı 81 AZN, Yevlaxdan 67 AZN, Gəncədən 62 AZN, Ağstafadan isə 57 AZN-dir. Böyük Kəsikdən Qardabani stansiyasına isə 51 AZN təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş