Abşeron Milli Parkına müntəzəm avtobus marşrutu xətti açılır

Xəbərlər

21.03.2023 - 06:44

Daşınma xidməti "Zirə bələdiyyəsi nəqliyyat xidməti" MMC tərəfindən həyata keçiriləcək

Martın 23-dən “Koroğlu” metro stansiyası - Abşeron Milli Parkı və əks istiqamətdə yeni müntəzəm marşrut xətti fəaliyyətə başlayır.

AYNA xəbər verir ki, daşınma xidməti "Zirə bələdiyyəsi nəqliyyat xidməti" MMC tərəfindən həyata keçiriləcək.

Avtobus marşrutu martın 23-dən martın 26-dək, Novruz tətili günlərində fəaliyyət göstərəcək, sonrakı dövrdə daşınma xidməti, yalnız həftənin şənbə və bazar günlərini əhatə edəcək.

Bir istiqamətdə uzunluğu 68 kilometr təşkil edən, xəttə buraxılacaq 22 yerlik avtobus səhər saat 10:30-da Koroğlu metrosundan yola düşəcək, saat 16:30-da Abşeron Milli Parkından geri qayıdacaq.

Müəllif: Ayna.az