“Nyu-Yorkda olacaq bütün dövlət başçıları ilə əlaqə saxlamaqla buna necə töhfə verə biləcəyimizi müəyyən etməliyik”
“ABŞ artıq Ukrayna Prezidenti Volodimir Zelenskinin qələbə planı ilə tanış olub. Bu təşəbbüs işə yaraya bilər”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild deyib.
“Biz Prezident Zelenskinin sülh planı ilə tanış olduq. Onun işləyə biləcək bir strategiya və plan olduğuna inanırıq. Biz burada, Nyu-Yorkda olacaq bütün dövlət başçıları ilə əlaqə saxlamaqla buna necə töhfə verə biləcəyimizi müəyyən etməliyik. Ona görə də biz müəyyən irəliləyiş əldə edəcəyimizə ümid edirik”, - deyə diplomat qeyd edib.
Onun sözlərinə görə, ABŞ sülhə gedən yol tapmaq ümidini heç vaxt itirməyib: “Bu həm Qəzza zolağındakı vəziyyətə, həm də Ukraynadakı vəziyyətə aiddir”.
Tomas-Qrinfild müharibəni bitirmək üçün müəyyən irəliləyişlərin əldə olunacağına ümid etdiyini söyləyib.