ABŞ yenidən İranı təhdid edib

Dünya

07.04.2026 - 15:49

Ağ Evin mətbuat katibi Levitt İranı daş dövrünə qaytarmaqla bağlı təhdidi təkrarlayıb

“ABŞ Prezidenti Donald Tramp İslam Respublikasının rəhbərliyi ABŞ ilə razılığa gəlməsə, İranı daş dövrünə qaytaracaq”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Ağ Evin mətbuat katibi Kerolin Levit deyib.

"İran hakimiyyəti sabah saat 20:00-a qədər ( 8 aprel Bakı vaxtı ilə saat 04:00) ABŞ ilə razılığa gəlməlidir . Əks halda, Prezident Tramp vəd etdiyi kimi onları daş dövrünə qaytaracaq", - deyə ABŞ administrasiyasının sözçüsü təhdidi təkrarlayıb.

Tramp əvvəllər İrandakı bütün elektrik stansiyalarını və körpüləri dağıdacağını və bununla da "ölkəni daş dövrünə qaytaracağını" söyləmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş