ABŞ vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb

Dünya

07.12.2024 - 15:22

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ Dövlət Departamenti vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb.

AYNA bu barədə Dövlət Departamentinin bəyanatına istinadən xəbər verir.

"Suriyada vəziyyət qeyri-sabit və qeyri-müəyyən olaraq qalır, ölkə ərazisində silahlı qruplar arasında aktiv toqquşmalar davam edir", - bəyanatda qeyd olunub.

Qurum, həmçinin Suriyada qalmaq qərarına gələn vətəndaşlarını fövqəladə hallar üçün fəaliyyət planı düşünməli olduqları barədə xəbərdar edib.

Müəllif: Ayna.az