Lloyd Ostin: “Birləşmiş Ştatlar Ukraynaya Rusiyanın təcavüzündən qorunmaqda kömək etməyə sadiqdir”
ABŞ və Ukraynanın müdafiə nazirləri telefon danışığında döyüş meydanındakı hadisələrin dinamikasını müzakirə ediblər. AYNA-nın “Amerikanın Səsi”nə istinadən məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor Pət Rayder bildirib ki, Pentaqonun rəhbəri Lloyd Ostin ilə Ukraynanın müdafiə naziri Rustem Umerov arasında telefon danışığı olub.
Amerikanın Ukraynaya yardımının prioritet istiqamətləri və Ukrayna Silahlı Qüvvələrinin cari əməliyyatları müzakirə edilib.
Ostin və Umerov Ukraynanın təcili hərbi ehtiyaclarını ödəmək üçün müttəfiqlərdən və tərəfdaşlardan güclü dəstəyin vacibliyini qeyd ediblər.
Ostin sosial mediada yazıb: “Birləşmiş Ştatlar Ukraynaya Rusiyanın təcavüzündən qorunmaqda kömək etməyə sadiqdir”.
“Umerov hərbi əməliyyatların dinamikası və Rusiyanın Ukraynaya davam edən hücumlarının təsiri ilə bağlı yenilənmiş məlumat verib”, – Pentaqondan bildirilib.