ABŞ və Fransa Suriyaya terrorizmlə mübarizədə kömək edəcək

Dünya

25.07.2025 - 20:18

ABŞ, Fransa və Suriya terrorla mübarizədə əməkdaşlığı gücləndirir

Fransa xarici işlər naziri Jan Noel Barro, ABŞ-ın Türkiyədəki səfiri, Suriya üzrə xüsusi elçisi Tom Barrak və Suriya xarici işlər naziri Əsəd-əl-Şeybani arasında görüş keçirilib.

AYNA.AZ xəbər verir ki, tərəflər görüşlə bağlı ortaq bəyanatla çıxış ediblər.

 

Suriya, ABŞ və Fransa terrorizmlə mübarizədə əməkdaşlığı gücləndirməklə bağlı razılığa gəlib.

Bəyanatda Suriyanın ərazi bütövlüyünə dəstək də ifadə edilib.

Bildirilib ki, Suriya qonşu ölkələr üçün, eləcə də qonşu ölkələr Suriya üçün təhdid olmamalıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş