ABŞ və Almaniya Rusiyanı müzakirə etdilər

Dünya

19.05.2021 - 12:18

Həkimlər Klinikalar SEO Xidməti

Maas və Blinken arasında telefon danışığı olub

 

ABŞ dövlət katibi Antoni Blinken və Almaniyanın xarici işlər naziri Heyko Maas Rusiya, Avropanın enerji siyasəti və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. AYNA bildirir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin “Twitter” hesabında məlumat yerləşdirilib.

 

“Maas və Blinken arasında telefon danışığı oldu. Yaxın Şərqdə vəziyyətin gərginləşməsi hazırda ən vacib prioritetdir. Həll üçün fərqli diplomatik kanallardan istifadə ediləcək”, - deyə açıqlamada vurğulanıb.

 

Qeyd edək ki, ABŞ və Almaniya rəsmiləri Rusiya ilə münasibətləri yaxşılaşdırmağın zəruriliyi barədə dəfələrlə danışıblar. Blinken Reykjavikdə keçirdiyi mətbuat konfransında Vaşinqtonun Moskva ilə daha sabit və proqnozlaşdırılan münasibətlər qurmaq istədiyini söyləyib.

 

Maas isə qarşıdurmanın dialoq və mehriban qonşuluq münasibətləri axtaran Berlinin maraqlarına uyğun olmadığını deyib.

 

Xatırladaq ki, bu gün Reykyavikdə Blinkenlə Rusiyanın XİN başçısı Sergey Lavrov arasında görüş keçiriləcək. Görüşün axşam saatlarında baş tutacağı bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş