ABŞ Türkiyəyə yeni səfir təyin edib

Dünya

30.04.2025 - 16:49

Həkimlər Klinikalar SEO Xidməti

Səfir vəzifəsinə namizəd olan Tom Barak Senatdan təsdiq alıb

ABŞ-ın Ankaradakı səfiri vəzifəsinə namizəd olan Tom Barak Senatdan təsdiq alıb. AYNA.AZ bu barədə “Haber Global”ə istinadən xəbər verir.

Məlumata görə, ABŞ Senatı Barakın namizədliyinə səs verib. 36 əleyhinə 60 səs lehinə olmaqla Barak ABŞ-ın Türkiyədəki səfiri vəzifəsinə təsdiq edilib.

Qeyd edək ki, aprelin əvvəlində Senatda keçirilən dinləmələrdə Barak Türkiyə ilə bağlı müsbət fikirlərini bildirib.

"Avropa, Asiya və Yaxın Şərqin ən strateji kəsişmə nöqtəsində yerləşən dəyərli NATO tərəfdaşımız Türkiyə Alyansa ölçüyəgəlməz töhfə verir", - Barrak o zaman bildirib.

77 yaşlı Barak Kaliforniyada doğulub böyüyüb. Cənubi Kaliforniya Universitetində bakalavr dərəcəsi alıb və San Dieqo Universitetinin Hüquq Məktəbini bitirib.

O, 1900-cı ildə Livanın Zahle şəhərindən ABŞ-a köçmüş livanlı xristian mühacir ailəsindəndir.

1980-ci illərdə Reyqan administrasiyasında daxili işlər nazirinin müşavir müavini vəzifəsində çalışıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş