ABŞ səfirliyindən Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı açıqlama

Xəbərlər

27.01.2023 - 13:12

“Baş verən faciəvi insidentlə bağlı dərin kədərimizi bildiririk”

ABŞ səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyində çalışan həmkarlarına və onların ailə üzvlərinə Azərbaycanın Tehrandakı səfirliyində baş verən faciəvi insidentlə bağlı dərin kədərini bildirir.

AYNA xəbər verir ki, bu barədə ABŞ səfirliyi paylaşım edib.

“İnsident zamanı həyatını itirən Orxan Əsgərovun ailəsinə başsağlığı verir və yaralılanlara şəfa diləyirik”, - paylaşımda deyilir.

Müəllif: Ayna.az